Entoni Blinken Azərbaycan Prezidenti .İlham Əliyevə zəng edib

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib* .

Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub.

Dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

Prezident İlham Əliyev, son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edildiyini diqqətə çatdırıb.

Blinken isə ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün səylərini davam etdirəcəyini bildirib.